Türkiyənin "Fənərbaxça" klubu icarə əsasında heyətinə qatdığı Dieqo Rossini birdəfəlik transfer edib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi uruqvaylı vinger üçün onun müqavilə ilə məxsus olduğu "Los Anceles Qalaksi"yə 5,5 milyon avro ödəyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Sarı-lacivərtlilər" 24 yaşlı futbolçu ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
"Fənərbaxça" Dieqo Rossini mövsümün əvvəlində icarəyə götürüb. Uruqvay millisinin üzvü "kanarya"nın heyətində meydana çıxdığı 33 oyunda 4 qol və 7 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi