"Yuventus" kolumbiyalı ilə yeni müqavilə imzaladı

16:24 - 15 Aprel 2022

 

"Yuventus" müdafiəçisi Xuan Kuadrado ilə müqavilə müddətini artırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qoca sinyora" yayda müqaviləsi başa çatacaq kolumbiyalıya yeni şərtlərlə 1 illik müqavilə təklif edib.

Futbolçu da klubla müqaviləsini artırmağa razı olub.

Kuadrado Turin klubunun heyətində 262 matça çıxıb, 24 qol vurub 53 assist edib.

Xəbər xətti