"Mançester Yunayted" onu satır

17:15 - 15 Aprel 2022

"Mançester Yunayted" yarımmüdafiəçisi Nemanya Matiçi satmaq niyyətindədir.

Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" serbiyalını satışa çıxaracaq.

33 yaşlı serb futbolçunun MY ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. Klub rəhbərliyi bu yay onun satışından müəyyən məbləğ qazanmağı daha uyğun variant sayır.

​Bu mövsüm 26 oyuna çıxan Matiç 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti