Futbol üzrə Xorvatiya 1-ci Liqasında 31-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geydiyi "Dinamo" doğma meydanda "İstra 1961"lə qarılaşıb. Matç Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. Oyuna start heyətdə başlayan 25 yaşlı forvard 71-ci dəqiqədə əvəzlənib. O, komandasının 3-cü qolunun müəllifi olub.
Xallarını 66-ya yüksəldən "Dinamo" liderliyini davam etdirir.
saytlarin hazirlanmasi