"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Rasinq"in (Santander) yarımmüdafiəçisi Pablo Torreni transfer edib. Klub oyunçu ilə 2026-cı ilin yayına kimi müqavilə imzalayıb.
İspaniyalı futbolçunun keçidi əvəzində Santander təmsilçisinə yetişdirmə məbləği ödənəcək.
Qeyd edək ki, 19 yaşlı oyunçu "Rasinq"in öz yetirməsidir. Pablo 2020-ci ildən çıxış etdiyi əsas komandada 57 oyunda 14 qolla yadda qalıb.
saytlarin hazirlanmasi
