Fransa millisinin üzvü "Barselona"da oynamaq istəyir

18:33 - 15 İyun 2022

"Sevilya"nın müdafiəçisi Jül Kunde "Barselona"ya keçmək istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Xəbərə görə, fransalı oyunçu  bu səbəbdən "Çelsi" və "Nyukasl"la danışıqları dayandırıb. İngiltərə klubları müdafiəçi üçün qarşı tərəfə 90 milyon avro ödəməyə hazır olduğunu bildirib.

 

"Barsa"nın baş məşqçisi Xavi də onu komandada görmək istədiyini klub prezidenti Xuan Laportaya çatdırıb. Əndəlüs təmsilçisi fransalı futbolçunun gedişindən 65-70 milyon avro qazanmağı planlaşdırır. Qarşı tərəf isə transfer məbləğini aşağı salmağa çalışır və razılaşmaya müdafiəçi Serjinyo Dest, yarımmüdafiəçi Fransisko Tinkao kimi oyunçuları daxil etmək istəyir.

 

Qeyd edək ki, başa çatan mövsüm 23 yaşlı oyunçu "Sevilya" ilə 44 oyuna çıxıb.

Xəbər xətti