İngiltərə millisinin hücumçusu Harri Keyn UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində evdə Macarıstana ağır məğlubiyyətdən (0:4) sonra açıqlama verib.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, futbolçu səhvlərdən nəticə çıxarmalı olduqlarını deyib:
"Bir məğlubiyyətə görə bu vaxta qədər qazandığımız uğurları unutmaq lazım deyil. 60 ildə ilk dəfə finala çıxdıq, DÇ-da yarımfinal oynadıq və s. Çoxdan idi bu cür məğlub olmurduq. Ötən gecəni yaddan çıxarmaq lazımdır. Səhvlərimizdən nəticə çıxarmalıyıq ki, gələn dəfə yenə belə hesablar qeydə alınmasın".
saytlarin hazirlanmasi
