"Napoli"ni "Atletiko"ya dəyişir

21:15 - 15 İyun 2022

"Atletiko" (Madrid) heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

 

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Napoli"nin qolkiperi David Ospinanı transfer etmək istəyir. Kolumbiyalı qapıçının bu ayın sonu müqaviləsi bitir. Məhz bu səbəbə görə qarşı tərəf onu azad agent qismində komandaya cəlb etməkdə maraqlıdır.

 

Qeyd edək ki, 33 yaşlı təcrübəli kiper 2018-ci ildən çıxış etdiyi Neapol təmsilçisində 103 oyunda çərçivəni qoruyub.

Xəbər xətti