"Barselona"nın hücumçusu Martin Breytveyti komandadakı vəziyyətindən danışıb.
Sportal.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, hücumçu Kataloniya klubunda az oynamağı ilə əlaqədar məsələyə qısa münasibət bildirib:
"Mən qısa müddətdə milli ilə dörd oyunda meydanda oldum. "Barselona"da isə bütün mövsüm boyu təxminən bu qədər matç keçirdim. Bu da o deməkdir ki, Danimarkada daha çox oynamışam".
Qeyd edək ki, 31 yaşlı hücumçu 2018-ci ildə 18 milyon avro qarşılığında "Leqanes"dən "Barsa"ya keçib. O, başa çatan mövsümdə bütün turnirlərdə cəmi 5 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi
