"Fənərbaxça" 18 yaşlı hücumçu transfer etdi

22:12 - 15 İyun 2022

Fənərbaxça heyətinə daha bir futbolçu qatıb.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi serbiyalı hücumçu Ensar Brahiç ilə ilk peşəkar müqavilə imzalayıb. Forvard azad agent qismində yeni komandasına qoşulub. Klub futbolçu ilə bağlanan sözləşmənin detallarını açıqlamayıb.

 

Qeyd edək ki, 18 yaşlı oyunçu "Partizan"ın yetirməsidir. O, ilk olaraq klubun U-19 komandasında çıxış edəcək.

Xəbər xətti