Keçmiş "Qalatasaray"lı "Fənərbaxça"ya görə İstanbula getdi

11:58 - 16 İyun 2022

Türkiyənin "Fənərbaxça" klubu heyətini futbolçu ilə gücləndirib.


Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi PSV-dən Armindo Brumanı rənglərinə bağlayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, portuqaliyalı vinger transfer danışıqları üçün Türkiyəyə gəlib.


"Fənərbaxça" 28 yaşlı futbolçunu 1 illik icarəyə götürəcək.


Qeyd edək ki, Bruma son mövsümdə Niderland klubunun heyətində meydana çıxdığı 46 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu 2013-2017-ci illərdə "Qalatasaray"da oynayıb.

Xəbər xətti