"Real" onun üçün 40 milyon avro tələb edir

16:56 - 16 İyun 2022

"Real" Marko Asensio üçün transfer qiyməti təyin edib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki,  Madrid təmsilçisi ispaniyalı oyunçunu transfer etmək istəyən klubdan 40 milyon avro tələb edəcək.

"Arsenal" və "Milan"ın israrla heyətində görmək istədiyi vinger özü də komandanı tərk etməyə hazırdı. Bu iki klubdan hansı həmin məbləği ödəsə, "Real" da futbolçusu o kluba verəcək.

Xəbər xətti