Rusiyada 2021/22 mövsümünün sonunda Premyer Liqanın ən yaxşı qapıçısının adı məlum olub.
Sportal.az xəbər verir ki, ÇSKA-nın kapitanı İqor Akinfeyev bu ada layiq görülüb.
Başa çatan mövsümdə təcrübəli kiper 29 oyuna çıxıb və 28 qol buraxıb. 13 oyunda isə Akinfeyev qapısını toxunulmaz saxlaya bilib. Həmçinin mövsüm ərzində Akinfeyev oynadığı oyunlarda (514) Rusiya çempionatının rekordunu qırıb.
ÇSKA-nın qapıçılarla işləyən məşqçisi Azərbaycan millisinin sabiq qapıçısı və məşqçisi Dmitri Kramarenkodu.
