"Real"ın prezidenti Florentino Peres Vinisius Juniorla bağlı danışıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu"nun prezidenti braziliyalının gələcəkdə "Qızıl top"a sahib çıxa biləcəyini inandığını bildirib:
"Vinisiusla yeni müqavilə ilə bağlı heç nə yoxdu. O, hər zaman "Real"da qalmaq istədiyini bildirib. Heç kim onu satmaq istəmir. Gələcəkdə o, mütləq "Qızıl top"u qazanacaq. Vinisius Madridə 18 yaşında gəlib, "Kastilya"da oynayırdı. İldən-ilə hər il daha da güclənir".
