Braziliya millisinin üzvü "Benfika"da

18:33 - 16 İyun 2022

Braziliya millisinin üzvü David Neres Portuqaliyada oynayacaq.

Sportal.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi "Benfika" ilə anlaşıb.

O, bir müddət "Şaxtyor"la anlaşsa da, hərbi vəziyyətə görə Ukrayna klubundan ayrılmışdı.

Neres "qartallar"la 2027-ci ilə qədər müqavilə imzalayıb. 

“Sao Paolo” yetirməsi olan futbolçu “Ayaks”da da oynayıb.

Xəbər xətti