"Mançester Siti"nin sahibi Mansur bin Zayed Al Nahyan yeni klub almağa hazırlaşır.
Sportal.az "Sky İtalia"ya istinadən xəbər verir ki, "City Football Group Holdinq" rəhbərliyiilə bu dəfə yeni mövsümdə İtaliya B Seriyasında çıxış edəcək "Palermo"nun səhmlərini almaq üzrədir. Satınalma işlərinin yaxın zamanda tamamlanacağı gözlənilir.
Qeyd edək ki, adıçəkilən şirkət "Mançester Siti" (İngiltərə), "Nyu-York Siti" (ABŞ), "Melburn Siti" (Avstraliya), "Yokohama F. Marinos" (Yaponiya), "Montevideo Torki" (Uruqvay), "NAK Breda" (Niderland), "Jirona" (İspaniya), "Lommel" (Belçika), "Trua" (Fransa), "Mumbay Siti" (Hindistan) kimi klubların səhmlərinə sahibdir.
