"Qəbələ"dən növbəti transfer - RƏSMİ

20:15 - 16 İyun 2022

"Qəbələ" daha bir transferi həyata keçirib.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Felipe Santosla anlaşıb. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Başa çatan mövsümü "Şamaxı"da keçirmiş Felipe Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada “Paulista” (2014-2016), Sloveniyada “Ankaran Hrvatini” (2017-2018) və “Maribor”da (2018-2021) çıxış edib.

​“Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.

Xəbər xətti