"Ufa"nın hücumçusu Həmid Ağalarov Rusiya Premyer Liqasında 2021/22 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.
Sportal.az Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir ki, səsvermədə 131 xal toplayan 21 yaşlı forvard ilk pilləni tutub.
2021/22 mövsümündə Rusiya çempionatında 29 oyun keçirən Ağalarov 19 qol vuraraq bombardir olub.
Bir müddət əvvəl Ağalarovun "Sabah"a keçə biləcəyi iddia edilirdi.
