"Neftçi"ni çalışdıracağı gözlənilən Sağlamı bu məşqçi əvəzlədi

21:34 - 16 İyun 2022

"Traktor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az İran mətbuatına istinadən xəbər verir ki, Təbriz şəhərini təmsil edən klub Kurban Berdıyevlə razılıq əldə edib.

Klub rəhbərliyi ilə görüşən türkmənistanlı mütəxəssislə ilkin anlaşma olduğu iddia edilir.

Təyinat gerçəkləşərsə, Berdıyev "Traktor"un baş məşqçi postunda "Neftçi"ni çalışdıracağı gözlənilən Ertoğrul Sağlamı əvəzləmiş olacaq. 

Xəbər xətti