Fransanın "Lill" klubu baş məşqçisi Joslen Qurvenneki istefaya göndərib.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Fransalı baş məşqçi 2021-ci ilin yayından komandanı çalışdırırdı. Onun başçılığı altında "Lill" son mövsümü Liqa 1-də 55 xalla 10-cu pillədə başa vurub.
