Azərbaycanlı idmançı Avropa çempionu oldu

22:38 - 16 İyun 2022

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, turnirin üçüncü günündə qadın güləşçilər mübarizəyə başlayıb.

Elvina Kərimzadə ukraynalı Anastasiya Polskaya məğlub olsa da, Azra Azisova Mustafovaya və rumıniyalı Elvira Draqanı məğlub edib.

Yarımfinalda isə idmançımzı Jozefin Vrenşdəndən üstün olub. Ancaq finalda Elvina rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

Ruzanna Məmmədova (49 kq) ispaniyalı Kandela Giraldes Markeslə ruminiyalı Ana Mariya Rotaruya qalib gələrək adını yarımfinala adlayıb. Burada isə Şevval Çayırı 8:5 məğlub edən Məmmədova finala çıxıb. Ruzanna son qarşılaşmada italiyalı Fabiana Rinellanı "tuşe" ilə məğlub edərək Avropa çempionu adını qazanıb.

Xəbər xətti