"Arsenal" "Porto"nun futbolçusunu transfer edir

01:06 - 17 İyun 2022

"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirir.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu "Porto"nun yarımmüdafiəçisi Fabio Vieranın transferini yekunlaşdırmaq üzrədir. 22 yaşlı oyunçu sabah tibbi müayinədən keçdikdən sonra "topçularla" müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

"Arsenal"ın portuqaliyalı yarımmüdafiəçinin keçidinə görə qarşı tərəfə 40 milyon avro ödəyəcəyi bildirilir.

"Porto"nun yetirməsi olan futbolçu 2020-ci ildən çıxış etdiyi əsas komandada 76 matça çıxıb.

Xəbər xətti