Türkiyə çempionu oldu, komandanı tərk etdi

00:09 - 17 İyun 2022

Başa çatan mövsümdə “Trabzonspor”un heyətində çempionluq yaşamış Antoni Nvakaeme komandadan ayrılıb.

Sportal.az xəbər verir ki, nigeriyalı futbolçu bu barədə instaqram hesabında paylaşım edib. 33 yaşlı futbolçunun “Fənərbaxça”ya keçəcəyi iddia edilir. Vinger 2018-ci ildə “Hapoel Beer Şeva”dan “Trabzonspor”a keçmişdi.

​O, geridə qalan 4 ildə 119 oyuna 40 qol vurub.

Xəbər xətti