Dünən Binə stadionunda AFFA U-14 liqasının final görüşü baş tutub.
Sportal.az xəbər verir ki, "Sabah" - "Qarabağ" görüşü birincilərin qələbəsilə yekunlaşıb.
Finalda rəqibi 3:0 məğlub edən "Sabah" U-14 Liqasının 2021/2022-ci illər mövsümünün qalibi olub.
Üçüncü yeri isə UGİM-i (Astara) 4:1 məğlub edən "Zirə" tutub.
