"Araz Naxçıvan" Bağırov və Şükürovla rəsmi müqavilə imzalayacaq - FOTO

11:45 - 17 İyun 2022

Yeni mövsümdən Azərbaycan birinci divizionunda mübarizə aparacaq "Araz Naxçıvan"da bu gün rəsmi müqavilələr olacaq.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi baş məşqçi postunu Azər Bağırova tapşıracaq. Ötən mövsüm Region Liqasında komandanın baş məşqçisi olan Bağırovla 2+1 illik müqavilə imzalanılacaq. 

Bununla yanaşı "Araz Naxçıvan" akademiyanın koordinatoru vəzifəsinə Adil Şükürovu gətirib. Danışıqlara əsasən ilkin olaraq onunla bir illik müqavilə imzalanılacaq.

Xəbər xətti