"Tottenhem" argentinalı üçün 90 milyon avro ödəyəcək

13:15 - 17 İyun 2022

"İnter"in hücumçusu Lautaro Martines yeni mövsümə İngiltərə Premyer Liqasında başlaya bilər.

Sportal.az "Sportitalia" portalına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu üçün "Tottenhem"dən rəsmi təklif gəlib.

İngiltərə klubu argentinalı forvard üçün "nerazzura"ya 90 milyon avro təklif edib. Tərəflərin razılığa gələcəyi və yaxın günlərdə transferin tamamlanacağı iddia edilir.

Xəbər xətti