"İnter" Milan Şkrinyarı PSJ-yə satmaqdan imtina edib.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Paris klubu slovakiyalı müdafiəçi üçün "nerazzura"ya 50 milyon avro və üstəlik bir futbolçusunu təklif edib.
"İnter" isə Şkrinyarı 80 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. PSJ-nin növbəti təkliflə "İnter"ə müraciət edəcəyi gözlənilir.
27 yaşlı müdafiəçi 2017-ci ildə “Sampdoriya”dan "İnter"ə keçmişdi.
