"Lex"in "Qarabağ"la oyunlara hazırlığının başlama tarixi məlum oldu

14:06 - 17 İyun 2022

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Lex”in qarşıdakı oyunlara və ümumilikdə yeni sezona hazırlığının başlama tarixi müəyyənləşib.

Sportal.az “KKSLECH” portalına istinadən xəbər verir ki, Polşa çempionu iyunun 20-də öz bazasında bir araya gələcək. Amma hələ ki, hazırlığın növbəti mərhələsi barədə məlumat verilməyib. Çox güman ki, bu, yeni baş məşqçi təyinatından sonra müəyyənləşəcək. 

Xatırladaq ki, “Lex”lə “Qarabağ”ın oyunları iyulun 5-6 aralığında Poznanda, bir həftə sonra isə Bakıda keçiriləcək.

Xəbər xətti