"Qarabağ"ın "Lex"lə oyunlarının başlama vaxtı dəqiqləşdi

14:30 - 17 İyun 2022

"Qarabağ"ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Lex"ə qarşı oynayacağı matçların vaxtı dəqiqləşib.

Sportal.az Poznan klubunun rəsmi saytına istinadən xəbər verir ki, Polşadakı ilk görüş iyulun 5-də Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

Cavab qarşılaşması isə iyulun 12-i Bakıda yerli vaxtla 20:00-da start götürəcək.

Bu mərhələni keçən komanda İsveçrənin "Sürix" klubunun rəqibi olacaq. 

Xəbər xətti