"Beşiktaş" Mərakeş millisinin üzvünü transfer etdi

14:17 - 17 İyun 2022

"Beşiktaş" heyətini mərakeşli futbolçu ilə gücləndirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubu "Vulverhempton"da oynayan Romen Saissi heyətinə qatıb.

32 yaşlı müdafiəçi ilə 1+2 illik müqavilə imzalanıb.

"Valense", "Klermon", "Havr", "Anjers" klublarında oynamış müdafiəçi 2016-cı ildən "Vulverhempton"da çıxış edirdi. O, bu klubda 176 oyuna 13 qol vurub. Saiss 2012-ci ildən Mərakeş millisinin üzvüdü.

Xəbər xətti