Azərbaycanı bu turnirdə bir xanım idmançı təmsil edəcək

15:20 - 17 İyun 2022

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində iyunun 24-26-ı aralığında "Böyük Dəbilqə" turniri keçiriləcək.

Sportal.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmizi bu turnirdə yalnız bir xanım cüdoçu təmsil edəcək.

48 kq çəki dərəcəsində yarışacaq Leyla Əliyeva bu turnirdəki yeganə xanım təmsilçimiz olacaq.

 

Xəbər xətti