Millinin baş məşqçisi istefaya göndərildi

16:09 - 17 İyun 2022

Misir millisi baş məşqçisiz qalıb. 

Sportal.az xəbər verir ki, Misir Futbol Federasiyası Ehab Galalı postunda saxlamaq istəməyib.

54 yaşlı mütəxəssis apreldə istefaya göndərilmiş Karluş Keyruşu əvəzləmişdi.

Misir millisi Galalın rəhbərliyi altında Qvineyaya qalib gəlmiş, Efiopiya və Cənubi Koreyaya uduzmuşdu.

Xəbər xətti