Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi iyunun 26-da dənizdə (açıq suda) üzmə yarışı keçirəcək.
Sportal.az xəbər verir ki, açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil edilir.
Nazirliyin yeni layihəsi olan “Xəzər dalğası” kütləvi yarışı Pirallahı qəsəbəsi, Nərəkənd parkında, peşəkarlar və həvəskarlar arasında, 5 yaş qrupunda (10-17, 18-29, 30-39, 40-49 və +50 yaş) təşkil ediləcək.
Yarış zamanı müxtəlif su idman növləri üzrə nümunəvi çıxışlar sərgilənəcək.
