İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Brayton"dan İves Bissumanı rənglərinə bağlayıb. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "Tottenhem" Fil Dişi Sahili millisinin üzvü üçün qarşı tərəfə 30 milyon avro təzminat ödəyib.
İves Bissuma "Brayton"a 2018-ci ilin yayında "Lill"dən transfer olunub. Fil Dişi Sahili millisinin üzvü başa çatan mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 28 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
