"Liverpul"un hücumçusu Sadio Mane kayerasını "Bavariya"da davam etdirəcək.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi seneqallı oyunçunun transferini yekunlaşdırıb. Bu barədə "Sky Sport" məlumat yayıb. Xəbərə görə, Almaniya klubu 30 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayıb. "Mersisayd" təmsilçisinin Manenin gedişindən 41 milyon avro qazanacağı bildirilir. Transferin yaxın saatlarda rəsmən açıqlanması gözlənilir.
Qeyd edək ki, Seneqal millisinin üzvü 2016-cı ildən çıxış etdiyi "Liverpul"da 269 oyunda 120 qolla yadda qalıb.
saytlarin hazirlanmasi
