"Qalatasaray"ın keçmiş futbolçusu "Beşiktaş"da

20:49 - 17 İyun 2022

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.


Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"dan Gedson Fernandesi rənglərinə bağlayıb. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.


"Beşiktaş" portuqaliyalı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalayacaq. Super Liqa təmsilçisi 23 yaşlı futbolçu üçün qarşı tərəfə 6 milyon avro ödəyəcək.


Gedson Fernandes son mövsümün ikinci yarısını icarə əsasında "Rizəspor"da keçirib. O, 2021-ci ilin yanvarından may ayınadək "Qalatasaray"da oynayıb.

Xəbər xətti