Qazaxıstan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi "Turan" səfərdə "Kaspi"nin qonağı olub. Matç Türküstan təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Emil Balayev bu görüşün iştirakçısı olmayıb. 28 yaşlı qolkiper 90 dəqiqə ehtiyat oyunçular skamyasında əyləşib.
Xallarını 15-ə yüksəldən "Turan" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi