UEFA Çempionlar Liqası I təsnifat mərhələsində "Qarabağ"ın "Lex"lə (Polşa) keçirəcəyi cavab matçının hakimləri açıqlanıb.
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Endryu Medli olacaq. Ona yan xətt hakimləri Deniel Kuk və Qarri Lennard kömək edəcələr. Dördüncü hakim funksiyasını Saymon Huper yerinə yetirəcək.
"Qarabağ" "Lex"lə ilk oyunu iyulun 5-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı ayın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.