"Qaqra"nın futbolçusu Mate Kvirkviya Azərbaycan Premyer Liqasında oynaya bilər.
Sportal.az xəbər verir ki, ölkə mətbuatında yayılan xəbərlərə görə, gürcü futbolçunun "Kəpəz"də çıxış etmək variantı yaranıb.
Qonşu ölkənin "Vit-Corciya" klubunun yetirməsi olan 26 yaşlı vinger saytımıza açıqlamasında "Kəpəz"ə keçib-keçməyəcəyilə bağlı danışıb: "Hələ ki, “Kəpəz” məsələsi haqda bir söz deyə bilmərəm. Bir müddət sonra nəsə demək olar. İndi isə heç nə deyə bilməyəcəm".
Xatırladaq ki, gürcü vinger “Dila”, “Rustavi”, “Dinamo”(Tbilisi), “Dinamo”(Batumi) klublarında oynayıb.