Azərbaycanlı hücumçu "Arsenal"la anlaşdı

19:56 - 7 İyul 2022

Rusiyanın "SKA-Xabarovsk" klubundan ayrılan Kamran Əliyev "Arsenal"la anlaşıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tula təmsilçisi 23 yaşlı vingerlə rəsmi müqavilə imzalayıb. Amma onun müqavilə müddəti, maddi məsələləri barədə açıqlama verilməyib.

Azərbaycanın U-20 yığmasında çıxış etmiş Əliyev "Ximki" yetirməsidi. 

Xəbər xətti