Futbol üzrə Xorvatiya Super Kukobunun qalibi məlum olub.
Sportal.az xəbər verir ki, həlledici matçda "Dinamo" ilə "Hayduk" üz-üzə gəlib.
Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (4:1) Zaqreb təmsilçisi Super Kubokun qalibi olub.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu görüşdə iştirak etməyib. Zədə səbəbindən 25 yaşlı forvardın adı "Dinamo"nun iştirak ərizəsinə daxil edilməyib.
saytlarin hazirlanmasi