"Lex" "Qarabağ"la matçdan əvvəl Super Kubokda uduzdu

11:36 - 10 İyul 2022

Futbol üzrə Polşa Super Kubokunun qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki,həlledici matçda ölkə çempionu "Lex" və kubokun sahibi "Rakuv" üz-üzə gəlib. Matç Poznan təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 

 

Qeyd edək ki, "Lex" Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibidir. Ağdam təmsilçisi ilk oyunda Polşa klubuna 0:1 hesabı ilə məğlub olub. Bu komandalar arasında cavab matçı 12 iyul tarixində Bakıda baş tutacaq. 

Xəbər xətti