Azərbaycanlı idmançı Rafael Nadalı döyüşə çağırdı

12:15 - 10 İyul 2022

Azərbaycan idmançısı Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı döyüşçü "UFC Vegas 58" turnirində braziliyalı Rafael dus Anyusu 5-ci raundda nokaut edib. Fiziyev döyüşdən sonra maraqlı açıqlama verib. "Ataman" ləqəbli idmançı UFC-nin ən yaxşı Rafaeli olduğunu deyib:

 

"UFC-dəki ən yaxşı Rafaelin kim olduğunu artıq bilirik. Rafael Nadal, səni istəyirəm. Bütün idman növlərindəki ən yaxşı Rafaelin kim olduğunu aydınlaşdırmağımız lazımdır".

Xəbər xətti