"Qalatasaray" keçmiş müdafiəçisini qaytarır

15:46 - 10 İyul 2022

Markaonu "Sevilya"ya satan "Qalatasaray" müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas transfer hədəfə "Şalke"də çıxış edən Ozan Kabakdır. "Cim bom" Bundesliqa təmsilçisinin heyətdə düşənmədiyi türkiyəli mərkəz müdafiəçisi üçün klub ilə danışıqlara başlayacaq.

 

"Qalatasarat" Türkiyə millisinin üzvünü satınalma maddəsi ilə 1 illik icarəyə götürmək istəyir.

 

Qeyd edək ki, Ozan Kabak 2019-cu ilin yanvar ayında 11 milyon avro qarşılığında "Qalatasaray"dan "Ştutqart"a transfer olmuşdu. O, daha sonra 15 milyon avroya "Şalke"yə transfer olub. 22 yaşlı futbolçu son mövsümün ikinci yarısını "Norviç Siti"də keçirib. Müdafiəçi Premyer Liqa klubunun heyətində 13 matçda meydana çıxıb.

Xəbər xətti