Polşanın "Lex" klubu Çempionlar Liqası I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Poznan təmsilçisinin bu gürüş üçün səfər planı məlum olub.
Komanda sabah səhər saatlarında Poznandan birbaşa Bakıya çarter reysi ilə səfər edəcək. "Lex"i gətirən təyyarə 4,5 saatlıq uçuşdan sonra ölkəmizdə eniş edəcək. Polşa klub oyundan dərhal sonra Bakını tərk edəcək.
Qeyd edək ki. "Qarabağ" - "Lex" qarşılaşması 12 iyul tarixində saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Bu komandalar arasındakı ilk oyun polşalıların 1:0 hesablı qələbəsiylə başa çatıb.
saytlarin hazirlanmasi