"Qəbələ" və "Neftçi"nin rəqiblər qarşılaşdı

10:12 - 11 İyul 2022

"Neftçi" və "Qəbələ"nin Konfrans Liqasındakı rəqibləri olan "Fehervar"la "Aris" yoxlama görüşündə qarşılaşıb.

Sportal.az xəbər verir ki, qarşılaşma macarların 2:1 hesablı qələbəsi ilə sona çatıb.

“Fehervar”ın qollarını 16 və 40-cı dəqiqədə Kenan Kodro vurub. Limassol təmsilçisindən isə 25-ci dəqiqədə Spolyariç fərqlənib.

​"Qəbələ" "Fehervar"la, "Neftçi" isə "Aris"lə iyulun 21-də səfərdə, 28-də isə evdə qarşılaşacaq.

Xəbər xətti