CAS Nurlan İbrahimovla bağlı qərarın tarixini yenə dəyişdi

11:39 - 11 İyul 2022

İdman Arbitraj Məhkəməsi (CAS) Nurlan İbrahimovla bağlı qərar tarixini növbəti dəfə dəyişib.

Sportal.az xəbər verir ki, budəfəki proses avqustun 11-ə uzadılıb.

Bu haqda İbrahimovun vəkili Fərid Haqverdiyev sosial şəbəkəsindəki hesabında məlumat verib.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı sosial şəbəkədəki paylaşımına görə UEFA Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb.

Xəbər xətti