"Yuventus" Poqba transferini açıqladı

14:15 - 11 İyul 2022

İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Mançester Yunayted"dən ayrılan Pol Poqbanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

"Yuventus" Fransa milliisinin üzvü ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

 

Pol Poqba 2012-2016-cı illərdə "Yuventus"da çıxış edib. Təcrübəli futbolçu 2016-cı ilin yayında 105 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olmuşdu.

Xəbər xətti