"Qarabağ"ın rəqibi Bakıya çatdı

16:23 - 11 İyul 2022

Polşanın "Lex" klubu Çempionlar Liqası I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Poznan təmsilçisi artıq Azərbaycandadır. Komandanı gətirən təyyarə 4 saatdan artıq davam edən 3400 km-lik uçuşdan sonra Bakıya eniş edib. 

 

Qeyd edək ki, "Qarabağ" - "Lex" matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Bu komandalar arasında Polşada keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Xəbər xətti