Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Uotford"dan Tiaqo Çukuru transfer edib. Bu barədə "sarı-lacivərtlilər"in mətbuat xidməti məlumat yayıb.
20 yaşlı hücumçu və onun klubu ilə razılıq əldə edildiyi qeyd olunub. Tibbi müayinədən sonra türkiyəli forvardla müqavilə imzalanacaq.
saytlarin hazirlanmasi
